Enerji şirkətinin BP-nin mənfəəti əvvəlki illə müqayisədə azalıb.

İndex.az xəbər verir ki, şirkətin mənfəəti ötən il 2022-ci illə müqayisədə 50 faiz azalaraq 13,8 milyard dollara düşüb.

Bu azalmada neft və qazın qiymətinin aşağı düşməsi və emal marjasının azalması təsirli olub.

Şirkətin mənfəəti azalsa da, analitiklərin gözləntilərini üstələyə bilib.

Bununla yanaşı BP səhmlərinin geri alınmasını sürətləndirmək qərarına gəlib və bu ilin birinci yarısı üçün 3,5 milyard dollarlıq səhm geri alacağını açıqlayıb.