Ötən il ərzində "Azərbaycan Sənaye Bankının" (ASB) həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il ASB-nin faiz gəlirləri 33.189 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 25.074 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 8.115 milyon manatlıq artımın olduğunu görərik.
ASB-nin faiz xərcləri isə 2023-cü il ərzində 5.465 milyon manat artaraq 17.089 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 11.624 milyon manat olmuşdur.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 109.380 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Gozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.
