Ötən il ərzində "Azərbaycan Beynəlxalq Bankının" (ABB) həm faiz gəliri, həm də faiz xərcləri artıb.

İndex.az xəbər verir ki, ötən il ABB-nin faiz gəlirləri 779,917 milyon manat təşkil edib.

2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 582.884 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 197.033 milyon manatlıq artımın olduğunu görərik.

ABB-nin faiz xərcləri isə 2023-cü il ərzində 43.191 milyon manat artaraq 134.947 milyon manat təşkil edib.

Ötən ilin əvvəlində bankın faiz xərcləri 91.756 milyon manat olmuşdur.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 1.225.647 milyon manatdır. Bankın səhmlərinin 96.37%-i Azərbaycan Respublikasına, 0.23%-i “Aqrarkredit” QSC-yə, 0.35%-i hüquqi şəxslərə, 3.05% fiziki şəxslərə məxsusdur.