2023-cü il ərzində "Azər-Türk Bank"ın depozit portfeli artıb.
İndex.az xəbər verir ki, ötən il ərzində "Azər-Türk Bank"ın depozit portfeli 99.578 milyon manat artaraq 484.586 milyon manata yüksəlib.
İlin əvvəlində bu göstərici 385.008 milyon manat idi.
2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 13.237 milyon manat artaraq 214.432 milyon manata yüksəlib.
Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 183.813 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 86.341 milyon manat artaraq 270.154 milyon manat olub.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur. Prezident İlham Əliyevin bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
