Çin markası "Zeekr" yeni batareyası olduqca davamlıdır.
İndex.az xəbər verir ki, "Zeekr" yeni batareyasının dayanıqlığını yoxlamaq üçün 22 tonluq silindrlə üzərindən keçib, 48 saat su altında saxlayıb və 8 saat -45 dərəcə şaxtada dondurub.
"Zeekr"in qış aylarında soyuq hava şəraitində belə bir çox rəqibindən daha yaxşı doldurma performansına sahib olduğunu iddia etdiyi yeni batareya paketi "Geely"nin Çindəki akkumulyator fabrikində istehsal ediləcək və ilk olaraq "Zeekr 007" adlı elektrikli sedan modelində istifadə ediləcək.
Sözügedən modelin tədarükləri yanvar ayında başlayacaq, lakin bu akkumulyatorun ilk satılacaq modellərə daxil olub-olmayacağı hələ dəqiq deyil.
