“İcbari avtosığorta ilə bağlı əlavə ödəniş tələb edilə bilməz”

Avtomobillərin icbari avtosığortası ilə bağlı vətəndaşlardan əlavə ödəniş tələb edilə bilməz.

İndex.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

O həmçinin əlavə edib ki, belə halla qarşılaşan vətəndaşlar mütləq qaydada nəzarətedici qurumun qaynar xəttinə müraciət etməlidirlər.