Xam neft ixracı 12%-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 106 min 825,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 7 milyard 585 milyon 824,11 min ABŞ dolları təşkil edib.

Bu ilin 7 ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 12,5% az, dəyəri isə 18,6 % çoxdur.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 66,58% olub.