Qazax rayonunun Kosalar kəndinin sakinləri “Açıq mikrofon”da

Həftənin sayca 4-cü “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil olunub.

Kosalar kəndində keçirilən aksiyada ümumilikdə 7 müraciət ünvanlanıb. Şəmkir RQİİ-nin qeydiyyata aldığı müraciətlər siyahısında qəzalı vəziyyətdə olan qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı 2 müraciət yer alıb.

Qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin qaz sayğacı ilə təmin edilməsi kimi digər məsələlərlə bağlı istəklər də səsləndirilib.

Aksiyada ünvanlanan problem və təkliflər araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib.