“Meta” süni intellekt üçün “Nvidia”ya 30 milyard dollar xərcləyib

“Meta” süni intellekt yarışında fəal rol oynayır.

İndex.az xəbər verir ki, “Meta” “Nvidia”nın süni intellekt GPU-larına (Qrafik Emal Birimi) 30 milyard dollar xərcləyib.

“Meta” və digər texnologiya şirkətləri inkişaf etdirdikləri süni intellekt modellərini öyrətmək üçün güclü avadanlıqlara ehtiyac duyurlar.

Bu avadanlıqlardan biri isə “Nvidia” tərəfindən bu məqsədlə istehsal olunan süni intellekt GPU-lardır.

“Meta”nın süni intellekt üzrə rəhbəri Yan Lekun “Meta”nın öz süni intellekt modellərini öyrətmək üçün “Nvidia”dan 30 milyard dollar dəyərində GPU aldığını təstiqləyib.

Lekun həmçinin bildirib ki, yeni “Llama 3” modelləri tezliklə gələcək.