SOCAR xaricə 4 milyon tona yaxın neft ixrac edib

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3 milyon 911 min 173 ton təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 1-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, 2023-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 712 min 048 min ton və ya 15,4 % azdır.
Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Qeyd edək ki, 2023-cü ilin birinci rübündə SOCAR tərəfindən 4 milyon 623 min 221 ton neft xaricə ixrac edilib.