Rusiyadan Fransaya təhdid: Vurarıq, mərhəmət etmərik!

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya qoşun göndərmə ehtimalını təkrarladıqdan sonra Rusiyadan sərt cavab alıb.

İndex.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında Makronun açıqlamasına münasibət bildirib.

“Fransız əsgərləri Ukraynaya gəlsələr, Rusiya ordusunun ilk hədəfi olacaqlar və əmin olsunlar ki, mərhəmət etməyəcəyik”.