“Praktikada olan tələbələrin liftdən istifadə etməsi qadağandır” 

Naxçıvan şəhəri, Akademik Zərifə Əliyeva adına poliklinikanın stomatoloji mərkəzində tələbələrlə bağlı elan yerləşdirilib.

İndex.az xəbər verir ki, bu barədə feysbukda Azərbaycan Universitetləri səhifəsində paylaşım edilib. Elanda stomatoloji mərkəzə gələn praktikant tələbələrin liftdən istifadəsinə qadağa qoyulduğu bildirilib. Həmin elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.