“Netflix” 1 milyona yaxın abunəçi itirib

Netflix bu ilin aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabat görə, ilin ikinci rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrünə nisbətdə 8.6% artaraq $7.9 mlrd.-a çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri $7.3 mlrd. olmuşdu. Şirkətin xalis mənfəəti isə ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.5% artaraq $1.4 mlrd.-a çatıb. Keçən ilin ikinci rübündə Netflix-in xalis mənfəəti $1.3 mlrd. idi. Bu dövrdə şirkətin hər səhm üzrə qazancı da $2.97-dan $3.2-a yüksəlib.

Netflix-in abunəçilərinin sayı isə ilin ikinci rübündə 970 min nəfər azalıb. Proqnoza görə isə bu müddət ərzində Netflix-in 2 milyon abunəçi itirəcəyi gözlənilirdi. Netflix abunəçilərinin sayı 2022-ci ilin birinci rübündə 200 min azalıb. Beləliklə, şirkət ardıcıl iki rüb abunəçi itirmiş oldu.