“Lexus” yeni elektrik krossoverini təqdim etdi – FOTO

Yaponiyanın “Lexus” şirkəti “yaşıl” dalğanın ilk modelini – “Lexus RZ 450e” krossoverini təqdim edib.

İndex.az xəbər verir ki, avtomobilin premyerası yaza planlaşdırılsa da, onun dizaynını indidən görmək mümkündür.

Yeniliyin prototipi əvvəllər təqdim edilmiş “Toyota bZ4X” olacaq. Hələki “Lexus RZ 450e”nin texniki xüsusiyyətlərini yalnız təxmin etmək olar. Konseptin iddia edilən gücü 400 kVt (544 at gücü), akkumulyatorun tutumu 90 kVt/saat, bir doldurma ilə gediş məsafəsi isə 600 km-dir.

Əlavə olaraq qeyd edək ki, “Toyota” 2035-ci ilə qədər “Lexus”un tamamilə elektrik brendə çevriləcəyini açıqlayıb.