DOST İş Mərkəzi 4 vakant yer elan edib

DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır.

İndex.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq həyata keçirilərək 40-dan çox sakin işlə təmin olunub, 12 nəfər peşə hazırlığına cəlb olunub.

Həmçinin kəndin 3 sakininə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlər verilib, daha 8 sakinin bu proqrama cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ağalıda məşğulluğun təmin edilməsi üçün yeni layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.