BDU “Azərsu”yu məhkəməyə verdi

“Bakı Dövlət Universiteti” publik hüquqi şəxs “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verib.

İndex.az xəbər verir ki, “Bakı Dövlət Universiteti” müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.