“Adidas” formalarda 44 nömrəni niyə qadağan edib?

Dünyaca məşhur idman geyimləri nəhəngi “Adidas”, Almaniya Milli Futbol Komandasının yeni formaları üzərində 44 rəqəminin çapını, Nasist Almaniyası dövründə Schutzstaffel (SS) birliklərinin istifadə etdiyi simvolu xatırlatdığı səbəbiylə qadağan etdi.

İndex.az xəbər verir ki, tarixçi Maykl Köniq ilk olaraq sözügedən formalarla bağlı bu narahatlığı dilə gətirdi və dizaynın çox mübahisəli olduğunu söylədi.

Mövzu ilə bağlı açıqlama verən “Adidas” sözçüsü Oliver Brüggen, formada istifadə edilən nömrə dizaynının qəsdən nasist simvollarına bənzədiyi iddialarını təkzib edib: “Biz ksenofobiyanın, antisemitizmin, zorakılığın və nifrətin bütün formalarına qarşı durmağa sadiq bir şirkətik. Biz formaların özəlləşdirilməsinin qarşısını alacağıq”.