“Skoda” mühərrik istehsalında 15 milyona çatdı

“Skoda” mühərrik istehsalındakı uğurunu bu günə qədər istehsal edilən 15 milyon mühərriklə taclandırıb.

İndex.az xəbər verir ki, bu yaxınlarda EA 211 seriyasının 5 milyonuncu mühərrikini xəttdən endirən “Skoda” ənənəvi mühərrik istehsalında aparıcı rolunu davam etdirir.

“Skoda”nın mühərrik istehsal hekayəsi 1899-cu ildə, Laurin & Klement öz dizaynı olan tək silindrli mühərriklə işləyən ilk motosikletləri istehsal edəndə başladı. Bu motosiklet Mlada Boleslavdakı “Skoda” zavodunun əsasını təşkil edir və bu gün dünyanın ən müasir istehsal müəssisələrindən biri hesab olunur.

1895-ci ildə Laurin & Klementin yaradılmasından cəmi dörd il sonra, o dövrdə istehsal olunan Slavia velosiped çeşidi köməkçi benzin mühərrikləri ilə genişləndirildi. 1899-cu ildə 1,25 at gücünə malik ilk Slavia Tip A motosikleti istehsal edildi.