“ChatGPT”nin işində fasilələr yaranıb

Generativ süni intellektə (Sİ) malik “ChatGPT”nin işində ABŞ ərazisində fasilələr qeydə alınıb.

İndex.az “Downdetector”a istinadən xəbər verir ki, son 24 saatda 15 mindən çox istifadəçi xəta barədə məlumat verib.

İstifadəçilər ən çox xidmətin özünün işindən (91 %) və veb-versiyaya girişlə bağlı problemlərdən (7 %) şikayət ediblər.

Nasazlıqlar həmçinin Azərbaycan, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Kanada və Polşada da qeydə alınıb.