Rusiyanın dövlət qəzetlərindən biri olan “İzvestiya” qəzeti müxbiri Aleksandr Martemyanovun Ukraynanın Rusiya tərəfindən işğalı altında olan Donetsk şəhərində pilotsuz təyyarənin hücumu nəticəsində həyatını itirdiyini açıqlayıb.
İndex.az xəbər verir ki, Rusiya Ukraynanı qəsdən Martemyanovu hədəfə almaqda ittiham edib, lakin Ukraynadan heç bir açıqlama verilməyib.
“İzvestiya” bildirib ki, onlar üçün işləyən müstəqil jurnalist Martemyanov avtomobildə səyahət edərkən güllələnib.
Eyni hücumda daha 4 media işçisinin yaralandığı bildirilib.