Cənubi Koreya məhkəməsi Koreya Respublikasının müvəqqəti vəzifədən kənarlaşdırılmış prezidenti Yun Sok Yolun həbsinə yenidən order verib.
İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.
“Yanvarın 7-də həbs orderi verilib”, – qurumdan bildirilib. İdarənin əməkdaşları Seulun Qərb dairə məhkəməsinə “həbs qərarının müddətinin uzadılması məqsədilə order” üçün ərizə təqdim ediblər.
Əvvəlki həbs orderinin müddəti yanvarın 6-sı da daxil olmaqla qüvvədə idi.