Əsəd rejiminin süqutundan sonra ilk beynəlxalq uçuş Dəməşq hava limanından həyata keçirilib

Bəşər Əsəd rejiminin devrilməsindən sonra yenidən fəaliyyətə başlayan və dekabrın 18-də ilk sərnişin təyyarəsinin Dəməşq-Hələb reysini yerinə yetirdiyi Dəməşq Hava Limanı da beynəlxalq uçuşlara açılıb.

İndex.az xəbər verir ki, Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərinə rejimdən sonrakı ilk beynəlxalq uçuşunu həyata keçirmək üçün paytaxt Dəməşqdən havaya qalxıb.

Hava limanının yenidən beynəlxalq reyslərə açılması böyük maraqla izlənilib.