Lukaşenko: “Ukraynadakı demokratiyadansa, Belarusdakı diktatura yaxşıdır”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin hərbi əməliyyatlara cəlb edilməsinin yolverilməz olduğunu bəyan edib.

İndex.az bu barədə “BelTA”ya istinadən xəbər verir.

“Əgər bizi müharibəyə cəlb etsələr, bu, ağır vəziyyətdir. Biz dövlət kimi tab gətirməyə bilərik”, – A.Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus davam gətirməlidir.

“Qoy bizdə diktaturanın olduğunu desinlər. Baxın, Ukraynadakı belə demokratiyadansa, Belarusdakı bu cür diktatura yaxşıdır. Biz möhkəm olmalıyıq”, – A.Lukaşenko çağırış edib.