Qazaxıstan Almaniyaya neft tədarükünü 100 min tona çatdıracaq

Qazaxıstan “Drujba” kəməri ilə apreldə Almaniyaya neft tədarükünü 100 min tona çatdırmağı planlaşdırır.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, dekabr ayında Almaniya Rusiya neftindən imtina edib və resursu Qazaxıstandan almağı planlaşdırdığını açıqlayıb.

Qazaxıstanın “KazTransOil” şirkəti fevralda neft tədarükünə başlayıb.