Ötən il Ermənistana pul köçürmələri 40% azalıb

2024-cü ildə Ermənistana pul köçürmələri 40,4% azalıb.

İndex.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vahe Ovannisyan parlamentin maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının iclasında bildirib.

Buna Rusiyadan qeyri-kommersiya köçürmələrinin azalması səbəb olub. Bu ölkədən köçürmələrin həcmi 57% təşkil edib. Yanvar-sentyabr aylarında fiziki şəxslərin köçürmələri 33% azalıb.

Ermənistana pul köçürmələrində 3,17 milyard dollarla Rusiya və 623,7 milyon dollarla ABŞ liderlik edir.