Çin “TikTok”un ABŞ aktivlərini Maska sata bilər

Çin rəsmiləri sosial media platforması olan “TikTok”un ABŞ əməliyyatlarına nəzarəti İlon Maska təhvil verməyi müzakirə edirlər.

İndex.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin mənbələri məlumat verib.

Məlumata görə, Pekin üçün prioritet ssenari “TikTok”un, ana şirkəti olan “ByteDance”in mülkiyyətində qalmasıdır.

Bununla belə, sosial platformanın satışı üçün son tarix yaxınlaşdıqca, Çin rəsmiləri fəaliyyət planlarını müzakirə etməyə başlayıblar ki, bunlardan da biri şirkətin ABŞ əməliyyatlarının Maska satılmasını nəzərdə tutur.

Qeyd edək ki, Çinin “ByteDance” şirkəti ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dəki fəaliyyətini dayandırmalıdır.

Hazırkı prezident Co Bayden 2024-cü ildə Konqres tərəfindən qəbul edilən qanunu müvafiq müddəalarla imzalayıb.