Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 14 %-ə yaxın artıb

Azərbaycanda 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.

İndex.az DVX-nə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib. Beləliklə, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 % artıb.

Ödənilən vergilərin 69,8 %-i qeyri-neft-qaz sektorunun, 30,2 %-i isə neft-qaz sektorunun payına düşüb.