Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11%-dən çox artıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 11,4% artaraq 4,4 milyon manatdan çox olub.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 18,9% artaraq 29 milyon manata yaxın olub.