İnkişaf etmiş ölkələr yüksək texnologiya sahəsində yerli istehsala yönəlir

Təchizat zəncirindəki nasazlıqlar bir çox inkişaf etmiş ölkələri texnologiya sahəsində yerli istehsal etməyə məcbur edir.

 

İndex.az xəbər verir ki, tədqiqat şirkətləri tərəfindən aparılan sorğular göstərir ki, müxtəlif sektorlardakı bir çox yüksək səviyyəli rəhbərlər istehsal fəaliyyətlərini ölkə daxilində həyata keçirmək istəyirlər.

 

Aİ ölkələri və ABŞ-ın elan etdiyi yerli istehsal təşviqləri xüsusilə yüksək texnologiyalı məhsullarda Çindən asılılığı azaltmaq məqsədi daşıyır.