“Boeing” tətil edən işçilərin maaşını 30 faizə qədər qaldırdı

“Boeing” (BA.N) verdiyi açıqlamada ABŞ-ın qərb sahillərində tətil edən işçiləri təmsil edən həmkarlar ittifaqına verdiyi ümumi maaş təklifini 30%-ə qədər artırdığını açıqladı.

İndex.az xəbər verir ki, Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Assosiasiyası (IAM) tərəfindən təmsil olunan 30 mindən çox işçi sentyabrın 13-də tətilə başlayıb. İşçilərin tətil etmək qərarı, “Boeing”n dörd il ərzində əmək haqqının 25 faiz artırılması təklifini rədd etdikdən sonra verilib.

Məsələ ilə bağlı işçilərə ünvanladığı mesajda “Boeing”in Baş Maliyyə Direktoru (CFO) Brayan Uest tətil edən işçilərlə yeni müqavilə üzrə razılığa gəlmək üçün vicdanla çalışdıqlarını bildirib.

Bizneslərinin çətin bir dövrdən keçdiyini vurğulayan West deyib: “Bu tətil bərpamızı əhəmiyyətli dərəcədə təhlükə altına qoyur, nağd pulu qorumaq və ortaq gələcəyimizi təmin etmək üçün lazımi addımları atmalıyıq”.