“Telegram” xidmət şərtlərini pozanların məlumatlarını səlahiyyətlilərlə paylaşacaq

“Telegram”ın təsisçisi və baş direktoru Durov öz bəyanatında platformada ictimai kanalların və botların olmasına icazə verdiyini, lakin bu funksiyanın qanunsuz məhsullar sataraq xidmət şərtlərini pozan insanlar tərəfindən sui-istifadə edildiyini bildirib.

İndex.az xəbər verir ki, komandaların bu məsələ üzərində işlədiyini deyən Durov, “Telegram”ın məxfilik siyasətinin sui-istifadənin qarşısını almaq üçün dəyişdirildiyini qeyd edib.

Xidmət şərtlərini pozan insanların IP ünvanları və telefon nömrələrinin müvafiq məhkəmə orqanlarından etibarlı qanuni tələblər əsasında paylaşıla biləcəyini izah edən Durov, bu yeniləmənin cinayətkarların qarşısını almaq məqsədi daşıdığını bildirib.

Durov bəyan edib ki, pis niyyətli insanların platformadan öz məqsədləri üçün istifadə etməsinə icazə verilməyəcək.