AMB-nin faiz endirimi ilə bağlı gözləntilət 50%-ə yüksəlib

İqtisadi proqnozun pisləşməsi səbəbindən Avropa Mərkəzi Bankının oktyabr ayında uçot dərəcələrini endirəcəyi ilə bağlı gözləntilər artır.

İndex.az xəbər verir ki, treyderlər oktyabr ayında uçot dərəcəsinin endirilməsi ehtimalını 50% səviyyəsində qiymətləndirirlər.

Keçən həftə endirim ehtimalı 20% olaraq qiymətləndirildi.

Dünən açıqlanan məlumatlar Avrozonada özəl sektorun fəaliyyətinin mart ayından bəri ilk dəfə azaldığını göstərdi.

Avropa Mərkəzi Bankı bu il inflyasiyanın 2%-lik hədəfə doğru enməsi səbəbindən uçot dərəcələrini 25 bənd bəndi azaldıb.