Qızıl rekord qırmağa davam edir – BAHALAŞDI

ABŞ Federal Ehtiyat Sistemi (FED) rəsmilərinin monetar yumşalma ehtimalını artıran açıqlamaları ilə qızıl yenidən rekord səviyyəyə yüksəlib.

İndex.az xəbər verir ki, qızıl həftənin ikinci ticarət günündə bir unsiya üçün 2 min 635 dollara satılıb.

Qeyd edək ki, FED sədrləri Austan Qulsbi, Nil Kaşkari və Rafael Bostic inflyasiyanın 2%-lik hədəfə çatdırmaq üçün, daha çox faiz endiriminin lazım olduğunu vurğulayıblar.