Koreyada “Kia Sportage” avtomobilinin hibrid versiyası təqdim edilib.
Banker.az xəbər verir ki, bu barədə istehsalçının göndərdiyi press-relizdə deyilir. Qeyd olunur ki, model altı pilləli transmissiya ilə birləşdirilmiş 60 at gücündə 1.6 T-GDi mühərriki üzərində qurulub.
Bununla yanaşı, “Kia Sportage” avtomobilinin hibrid versiyası daha yığcam olacaq. Litium-ion batareyasının enerji gücü 1.49 kVt təşkil edir, eyni zamanda güc aqreqatoru benzin mühərriklə təchiz edilib. Krossoverin yanacaq xərci hər 100 km məsafəyə 6 l təşkil edir.
Yeni “Kia Sportage HEV” avtomobillərinin satışları 2021-ci ilin dördüncü rübündə başlayacaq.
Xatırladaq ki, 1 iyulda “Kia” MDB məkanında markasını transformasiya etməyə başladığını açıqlayıb. Eyni zamanda şirkət yeni şüarını açıqlayıb – “Movement that inspires” (“İlhamlandıran hərəkət”). O, avtomobil istehsalçısının qlobal məqsədini əks etdirir.
©Banker