Vyetnam ən böyük şimal limanı Hayfondan Çinlə sərhədə qədər 11,6 milyard ABŞ dolları dəyərində yeni dəmir yolunun xəttinin tikintisinə başlayacaq.
İndex.az xəbər verir ki, bu barədə “Tuoi Tre” qəzeti yazır.
Məlumata görə, 417 kilometr uzunluğunda dəmir yolu 9 əyalət və şəhərdən keçərək Hayfon liman şəhərini Çinlə həmsərhəd olan Laokay əyaləti ilə birləşdirəcək.
Vyetnamın Baş naziri Fam Min Çin bildirib ki, gələn ilin fevralında ölkə hökuməti bu layihəni Milli Assambleyanın (birpalatalı parlament) təsdiqinə təqdim edəcək.
Baş nazir müvafiq nazirliklərə, idarələrə və yerli hakimiyyət orqanlarına Laokay-Hanoy-Hayfon dəmir yolu xəttinin investisiya əsaslandırmasının hazırlanmasını sürətləndirməyi tapşırıb. Tikintinin gələn il qrafik üzrə başlanması və 2030-cu ilin sonuna qədər başa çatdırılması gözlənilir.