“Regional Su Meliorasiya Xidməti” dəyəri 170 min manat olan xidməti avtomobil alır.
İndex.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, Xidmat “Minik avtomobili”nin satın alınması ilə bağlı tender elan edib.
Tenderin şərtlərin şərtlərinə görə, minik avtomobilinin istehsal ili – 2024, ban növü – sedan, mühərrik növü – plug in hybrid, mühərrikin həcmi minimal – 1998, yerlərin sayı – 5 , rəngi – qara sapfir metal olmalıdır.
Həömçinin, minik avtomobilinin mühərrikin minimal at gücü – 299, maksimal komplektasiya, silindrlərin sayı minimal – 4, 0-100 sürətlənmə vaxtı minimal – 6.3 saniyə , ölçüləri minimal – 4936/1868/1479, minimal 21” ölçüdə aerodinamik disklər, dəri sükan, tündləşdirilmiş ön fənərlər, antrasit tavan örtüyü, ön radiator barmaqlığının işıqlandırılması, yüksək parıltılı qara eksteryer elementləri, adaptiv led işıqlandırma, professional parklanma assistenti, bowers & wilkins və ya ekvivalenti olan səs sistemi , jestlərlə idarəetmə, interyer üçün kamera, head-up displey, steptronik transmissiya sükanaltı keçiricilər ilə, təkərlərin havasına nəzarət sistemi, təkər təmir dəsti, avtomatik idarə olunan baqaj bölməsinin qapağı , panoramik lyuk, yan mexaniki və arxa elektrik pərdələr, velür döşəmə örtükləri, elektrik ötürücülü ön oturacaqlar (yaddaş paketi ilə), təhlükəsizlik üçbucağı və aptek dəsti, elektrik ötürücülü bayır güzgülər, 4 zonalı avtomatik klima kontrol sistemi, ön və arxa oturacaqların qızdırılması , ambians işıqlar, sürüş assistantı, simsiz şarj olmalıdır.
Zəmanət minimal 4 il və ya 200.000 kilometr tələb olunur.
Tenderdə iştirak haqqı 250 manatdır.