Bill Geyts və Uorren Baffett nüvə enerjisinə 1 milyard dollar pul qoyacaq

ABŞ-ın iki milyarder iş adamı – Bill Geyts və Uorren Baffett nüvə enerjisinin istehsalı sahəsində yeni texnologiya sayılan natrium reaktoruna 1 milyard dolllar pul qoyacaq.

İndex.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, milyarderlərə məxsus “TerraPower” və “PacificCorp” şirkətləri natrium reaktorunu ABŞ-ın Vayominq ştatında quracaq. Burada nüvənin soyudulması üçün ərinmiş sodiumdan istifadə ediləcək. ABŞ-ın Enerji Nazirliyi bu üsulun tətbiqinə 6 il bundan əvvəl icazə verib. Ştatın rəhbərliyinin sözügedən layihəni bu ilin sonuna qədər təsdiqləyəcəyi gözlənilir.