Yeni il öncəsi qlobal bazarlar yüksəlişə keçib

Qlobal bazarlarda bayram rahatlığı davam edir.

İndex.az xəbər verir ki, bu gün ABŞ-da bazarlar açıldığı üçün Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Honq-Konq və Avstraliyada əməliyyatlar bağlanacaq.

Yeni il üçün dünən bağlanan “Wall Street” birjaları bu gün səhər saat 08:04-dən etibarən fyuçers əməliyyatlarında yüksəlişə keçib.

Bir günlük tətildən əvvəl, “S&P 500” birjası 1,1%, “Nasdaq 100” birjası isə 1,4% dəyər qazanıb.

Bahalaşmaya texnologiya sektoru səhmləri rəhbərlik edib.

Asiya səhmlərinin əksəriyyəti bu səhər ABŞ-ın texnoloji bahalaşma sayəsində yüksəlib.

Regionda əməliyyatların həcmi nisbətən zəifdir.

MSCI Asiya Sakit Okean birjası, Yaponiya və Tayvanın başçılığı ilə ardıcıl olaraq 4-cü gündə də yüksəlişini davam etdirib.