Rusiyada rəqəmsal rublla 38 mindən çox fərdi əməliyyat aparılıb

Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada, 15 avqust 2023-cü il tarixinə ölkədə rəqəmsal rublla edilən əməliyyatlarla bağlı məlumatlar yer alıb.

İndex.az xəbər verir ki, açıqlamada rəqəmsal rubl platformasında fiziki şəxslər arasında 38 mindən çox əməliyyat, məhsul və xidmət ödənişləri ilə bağlı 10 mindən çox əməliyyat edildiyi bildirilib və şirkətlər arasında əməliyyatların da başladığı xatırladılıb. Bank rəqəmsal rubl üçün sınaq prosesinə 15 avqust 2023-cü ildə başlayıb.

Sanksiyalar səbəbiylə bank sektorunda çətinliklər yaşayan Rusiya kriptovalyuta prosesi ilə inteqrasiya edərək beynəlxalq ödəniş problemlərinə həll yolları tapmağı hədəfləyir.

Rusiyanın maliyyə naziri Anton Siluanov dünən Rusiya şirkətlərinin beynəlxalq ödənişlərdə “Bitcoin” və müxtəlif rəqəmsal aktivlərdən istifadə etməyə başladığını bildirib.