“Bakı Metropoliteni”nin 13 milyon manatdan çox vergi borcu var

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN- 1402871431) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.

İndex.az açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, hazırda (17.07.2022-ci il tarixinə) “Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 13 milyon 110 min 376 manat 64 qəpik vergi borcu var.

Məlumat üçün bildirək ki, nizamnamı kapitalı 1,77 milyard manat olan QSC-nin vergi borcu son bir ilə 3 milyon manat artıb.