“Alibaba” bu e-ticarət platforması ilə birləşəcək

Dünyanın ən böyük onlayn alış-veriş platformalarından biri olan “Alibaba”, Cənubi Koreyadakı əməliyyatlarını “E-Mart”ın  “e-ticarət” platforması ilə birləşdirməyə razılıq verib.

İndex.az xəbər verir ki, “Bloomberg News”un yaydığı məlumata görə, “E-Mart”ın birja müraciətlərindən sonra “AliExpress International” və “Gmarket” ortaq müəssisə yaradacaq.

Şirkətlər yeni yaradılacaq birgə müəssisəyə daha çox sərmayə qoymağı planlaşdırır.