Mərkəzi Bank iyunda valyuta ehtiyatlarını 2% artırıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 371,9 milyon ABŞ dolları təşkil edib.

İndex.az quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,2%, son 1 ildə isə 14,2% artıb.