Bu gün səhər saatlarında qəzaya düşən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin ekipaj üzvlərindən ikisi sağdır.
İndex.az xəbər verir ki, bu barədə “Təsir Dairəsi” verlişinin qaynar xəttinə zəng edərək, ekipaj üzvü Rəhimli Aydanın anası məlumat verib.
Belə ki, onun sözlərinə görə, Rəhimli Aydan ona zəng edərək ekipaj üzvlərindən özünün və Əsədov Zülfüqarın sağ olduğunu bildirib.