Bu ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 milyard 940,3 milyon manat olub.
İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 643,9 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 95,7 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,5 % artaraq 11 milyard 394,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 593,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 %-ini təşkil edib.