Yaponiya artan müdafiə xərcləri səbəbindən büdcəni rekord səviyyədə artırmağı planlaşdırır.
İndex.az xəbər verir ki, sızdırılan plan layihəsinə görə, 2025-ci ilin aprelindən başlayacaq il üçün büdcə təxminən 115,5 trilyon yen (735 milyard dollar) olacaq.
Hökumətin bu xərcləri maliyyələşdirmək üçün istiqraz buraxılışına böyük ölçüdə etibar edəcək.
Lakin rekord vergi gəlirləri yeni istiqrazların buraxılışını 20% azaltmağa imkan yaradacaq.
Belə ki, 28,6 trilyon yen olan bu gəlirlər lazım olan məbləğin 1/5-ni təşkil edir.