Sumqayıtda 105 000 abonent qazsız qalıb

Bu gün Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaranıb.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhərinin qaz təchizatının gücləndirilməsi məqsədilə Sumqayıt qazpaylayıcı stansiyasından (QPS) qidalanan “Şəhər-4” daşıyıcı qaz kəmərində “Azəriqaz”ın təmir planına əsasən icra olunmuş qaz xətlərinin yeni quraşdırılmış kollektora qoşulması ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatının dayandırılması müddətində Sumqayıt şəhəri üzrə 105 000 əhali və qeyri əhali abonentlərinin qaz təchizatında fasilə yaranacaq.