“Transfermarkt” məlumatlarına görə, 2024-cü ilin yayında transferlərə cəmi 524 milyon dollar xərclənib.
İndex.az xəbər verir ki, Səudiyyə klublarına transfer olunan ulduz futbolçuların maaşları rekord qırır. Səudiyyə Ərəbistanı Pro Liqası keçən ilki transfer pəncərəsində təxminən 1 milyard dollar xərclədikdən sonra bu yay xərcləri əhəmiyyətli dərəcədə azaldıb.
Yenə də bəzi oyunçular, hətta klublar xərclərini azaltsalar da, rekord əmək haqqı qazanmağa davam etdilər.
Kristiano Ronaldo meydanda 220 milyon dollar, meydandan kənarda 65 milyon dollar qazanıb. Ronaldo 900 milyondan çox sosial media izləyicisi ilə dünyanın ən məşhur idmançısıdır. CR brendi altında otellərdən tutmuş ətirlərə qədər geniş kommersiya portfelinə malikdir.
Lionel Messi 60 milyon dollar meydanda, 75 milyon dollar isə meydandan kənarda qazanıb. Argentinalı əfsanəvi Messi uğurunu ABŞ-da “İnter Mayami” ilə davam etdirərkən, “Adidas” və “Apple TV” kimi nəhəng brendlərlə işləyir. O, həmçinin özünün “525 Rosario” istehsal şirkətini qurdu.
Neymar meydanda 80 milyon dollar, meydandan kənarda 30 milyon dollar qazanıb. Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunda zədə problemi olan Neymar “Puma” və “Blaze Casino” kimi markalarla işbirliyini davam etdirir.
Kərim Benzema meydanda 100 milyon, meydandan kənarda 4 milyon dollar qazanıb. Neymar kimi Səudiyyə Ərəbistanında oynayan Benzema “Əl İttihad”da zədələrlə mübarizə aparsa da, bunun öhdəsindən gələrək yenidən meydanda öz performansını göstərib. Sponsorluqları məhdud olsa da, son vaxtlar meydandakı uğurları ilə diqqət çəkib.
Kilian Mbappe meydanda 70 milyon, meydandan kənarda 20 milyon dollar qazanıb. “Real Madrid”ə transferi ilə uşaqlıq arzusunu reallaşdıran Mbappe PSJ ilə maaş müzakirələrini davam etdirərkən 80 min azarkeş tərəfindən unudulmaz qarşılanıb.
Erling Haaland 46 milyon dollar meydanda, 14 milyon dollar meydandan kənarda qazanıb. “Mançester Siti” ilə iki Premyer Liqa və bir Çempionlar Liqası qazanan Haaland Norveçin beynəlxalq səhnədəki şanslarını dəyişməyə çalışır.
Vinisius Jr. 40 milyon dollar meydanda, 15 milyon dollar meydandan kənarda qazanıb. “Real Madrid”in ulduzu “Sony PlayStation” və “Pepsi” kimi böyük markalarla müqavilələr bağlayaraq təkcə meydanda deyil, meydandan kənarda da milyonlar qazanıb.
Mohamed Salah meydanda 35 milyon, meydandan kənarda 18 milyon dollar qazanıb. Şimali Afrika və Yaxın Şərqdə böyük marka dəyəri olan Salah “Vodafone” və “Adidas” kimi şirkətlərlə işləyir.
Kevin De Bruyne meydanda 35 milyon dollar, meydandan kənarda 4 milyon dollar qazanıb. Transfer təkliflərinə baxmayaraq “Mançester Siti”də qalmağa üstünlük verən De Bruyne “Nike” və “McDonald’s” kimi brendlərlə əməkdaşlıq edir.