Əhali 3 aya yanacağın alınmasına 730 milyon manatdan çox pul xərcləyib

Bu ilin birinci rübündə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 730,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bu barədə İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

Ötən rüb alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 4,9 % artıb.