Di Donqşenq: “Çin ABŞ istiqrazlarını daha da azaltmalıdır”

Çin Vaşinqtonun potensial təsirini azaltmaq üçün ABŞ-ın istiqrazlarını daha da azaltmalıdır.

İndex.az xəbər verir ki, “Renmin Universiteti”ndən Di Donqşenq “China Institutes of Contemporary International Relations” jurnalında dərc olunan məqaləsində yazıb ki, Çinin ABŞ-dakı mövcud mövqeyi gedərək daha çox girov vəziyyətinə çevrilir və milli suverenliyin qorunmasına mane olur.

Di həmçinin Çin prezidenti Si Cinpinin qlobal səhnədə ərazi bütövlüyünü qorumaq vurğusuna da toxunub.

Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-ın Rusiya aktivlərini dondurduğunu xatırladan Di, Birinci Dünya Müharibəsi zamanı ABŞ-ın alman əmlakını ələ keçirməsini, İkinci Dünya Müharibəsi zamanı Yapon əmlakına münasibətini və əslən yapon olan amerikalıların həbsini xatırladıb:

“ABŞ-ın mülkiyyət hüquqlarını pozması insan hüquqlarına hörmət və mühafizə öhdəliyi sadəcə bir mifdir. ABŞ dövlət istiqrazlarının gəlirliliyinin uzun müddətdir aşağı olduğunu və Çinin əldə etdiyi gəlirlərin Amerikalı investorların Çində əldə etdiklərindən daha az olduğunu müdafiə edir. Çində ABŞ istiqrazlarının saxlanması bir neçə ildir ki, azalma tendensiyası nümayiş etdirir və keçən ilin oktyabr ayında 2009-cu ildən bəri ən aşağı səviyyəyə çatıb”.

Qeyd edək ki, Çin Yaponiyadan sonra ən çox ABŞ istiqrazlarına sahib olan ikinci ölkədir.