Acun Ilıcalı satın alacağı yeni klubu açıqladı

İngiltərə çempionatında çıxış edən “Hull City”nin sahibi Acun Ilıcalı daha bir klub alır.

İndex.az xəbər verir ki, əvvəllər İrlandiyadan klub almağı planlaşdıran, lakin sonradan imtina edən Ilıcalı Sloveniyadan klub alacaq.

Acun Ilıcalı Sloveniyadan “Sportklub”a verdiyi açıqlamada deyib: “Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdıqdan sonra bu klubun “Maribor” olduğuna qərar verdik. Keçən həftə Mariborda idim, şəhəri və stadionu çox bəyəndim. Klubu idarə edən insanları da çox bəyəndim”.